Müşfiq Hətəmov: “Saytımıza erməni hakerləri hücum edib" AÇIQLAMA
"Azərbaycanfilm" kinostudiyasının saytı haker hücumuna məruz qalıb. Bunu SİA-ya açıqlamasında kinostudiyanın direktoru Müşfiq Hətəmov söyləyib. Bildirib ki, sayt artıq bərpa olunub: "Saytımıza dünən erməni hakerləri hücum edib, erməni zabiti Qurgen Markaryanın şəklini ora yerləşdirmişdilər. Erməni hakerlərin bu cür addım atmaqlarına səbəb kimi kinostudiyanın son illərdə Qarabağ mövzusunda filmlər çəkməsi və bu filmləri beynəlxalq müsabiqələrdə uğurla təmsil etməsində görürəm. Ancaq artıq saytımız tam bərpa olunub. Onu da deyim ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də bu işdə bizə hər cür köməklik göstərdi".
Qeyd edək ki, azərbaycanlı zabit Ramil Səfərov 2004-cü il fevralın 19-da Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda qətlə yetirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB