"Zirvələrdən Zirvələrə" kitabı işıq üzü gördü

Azərbaycanın Əməkdar incəsənət xadimi, professor, senetşünaslıq doktoru rejissor Əflatun Nemətzadənin "Zirvələrdən Zirvələrə" kitabı Ankarada çap olunub. Qeyd edək ki, kitabın ikinci adı "Koroğlu Operası Dünyaya Açılır" adlanır. SİA-nın verdiyi məlumata görə, dörd hissədən ibarət olan kitabın birinci hissəsiiki "Koroğlu" Beynəlxalq layihəsi"nin reallaşdırılması və beş dövlətin ve ayrıca Birinci istanbul Dünya Opera festivalında İstanbulda, Halis Sarayı səhnəsində nümayiş etdirilməsindən bəhs edir. Eyni zamanda kitabda əsərin dünya mətbuatnda möhtəşəm "Qızıl Budaq" olaraq səs salmasına toxunulur.

Nəşrin ikinci hissəsi "Ədəbiyyat, Bilim və Sənət Dünyamız" adlanır. Burada akademik Arif Paşayev, Qara Qarayev, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Çingiz Aytmatov, Rəsul Rza, Anar, Elçin, Fikrət Qoca, heykəltaraş Sait Rüstəm və Qazax şeirinin usta sairi Qasım Amancolov, Qazax musiqisinin efsanesi sayılan Nina Nurpeyisovanın yaradıcılığı təhlil olunur.

"Dastanlarımız və Qəhrəmanlarımız" adlanan üçüncü hissədə Kərkük şeirlərini dünyaya tanıdan Prof. Dr. Qəzənfər Paşayevdən başlamış "Oğuznamə" dastanı və "Oğuz" haqqında əsərlər, elmi məqalələr, xarici ölkələrdə keçirilən simpozium və konfranslarda elmi çıxışları,Şah İsmayıl Xətai, Nadir şah, Akademik Nizami Cəfərov haqqında , eyni zamanda "Türk Teatrlarının Estetik Problemləri" ilə bağlı elmi məqalələri yer alıb.

Nəhayət, nəşrin dördüncü bölümü "Səhnə Sənətinin Estetik Problemləri" adlanır. Buraya Türk teatrlarında ortaq dillə bağlı elmi məqalələr silsiləsi, XXI əsrin səhnə sənətində ortaq dilin vacibliyi, general, Baykonurun sədri, Sosialist Əməyi Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Kərim Kərimov, usta-cərrahlar - Rəşad Mahmudov və Əli Qafarov, eyni zamanda iki tarixi hekayə və Gülay Kaseinov haqqında ballada və hekayələr daxil edilib.

Nəfis tərtibatı ilə diqqət çəkən bu kitab "Çətin Mediya" nəşriyyatında çap olunub və onu Ankaranın Keçiören bələdiyyəsi maliyyələşdirib.

Bu kitab Azərbaycan ədəbiyyatının böyük simaları, şairləri, elm və sənət adamları və tariximizin təbliğinə xidmət edir.

Mehpare Sultanova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...