Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasovun "Тaндыр-материальный культурный образец Азербайджанского народа и показатель богатой застольной культуры" adlı məqaləsi Özbək və Qırğız mətbatında geniş yayılıb. SİA-nın verdiyi məlumata görə, məqaləyə Özbəkistanın "silkway.uz", uchildiz.uz", Qırğızıstanın www.vatanpress.com, www.ahiskapress.com saytları xüsusi maraq göstərmiş və öz xəbər bölmələrində yerləşdiriblər.
Müəllif Azərbaycan xalqının maddi mədəniyyət nümunəsi olan "təndir" sözünün mənasını açır və bu sözün qədim türk xalqı - şumerlərə məxsus olduğunu qeyd edir. Məqalə müəllifi yazır: Təndir köçəri xalqın deyil, oturaq xalqın dəyəridir. Qafqazda oturaq xalq olan azərilər çörək və digər xörəklərin hazırlanmasında, habelə yaşadıqları evlərin qızdırılmasında təndirdən geniş istifadə etmiş və təndir bu gün də onların həyatının ayrılmaz hissəsinə çevrilib.
Azərbaycanda çörəkbişirmə mədəniyyəti, onun tarixinə nəzər salan məqalə müəllifi min illər ərzində nəsillərdən-nəsillərə ötürülmüş və el sənəti adlandırılan bu sənətə xüsusi hörmət olduğunu qeyd edir.
O, tarixə nəzər salır, ölkəmizdə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş təndirxanaların əsasən evlərin içində və dəhlizdə qoyulduğunu və bununla da alimlərin həmin təndirlərdə çörəklə yanaşı, müxtəlif xörəklərin də bişirildiyinə diqqət çəkir.
Azərbaycan mətbəxinin formalaşması və inkişafını təndirin, çala ocağın, sacın, manqalın və s. açıq, qapalı ocaqların çoxlu sayda növlərinin olması ilə əlaqələndirən məqalə müəllifi Azərbaycanda təndirin bir neçə növünün - yerüstü və yerlə bərabər (yeraltı) olan təndirlərdən istifadənin geniş yayıldığını vurğulayır.
Məqalədə Azərbaycanda təndirlərin hazırlanması metodu işıqlandırılmış və hazırda texnologiyanın sürətli inkişafına baxmayaraq Bakıda və respublikanın regionlarında müasir restoranlar öz müştərilərinə təndir çörəyi və təndirdə hazırlanan bir sıra mətbəx nümunələrini həvəslə təqdim etməsi qeyd olunur.
Azərbaycana gələn hörmətli qonaqlar Bakının tarixi və qədim hissəsi olan İçərişəhəri ziyarət edərkən burada hazırlanmış təndirdə bişirilən çörəklərə qonaq edildiyini yazan müəllif S.Abbasov qonaqların Azərbaycan süfrəsinin, nemətlərinin əvəzolunmaz olması haqqında fikirləri məqalədə öz əksini tapıb.
Sonda qeyd olunur ki, bu bir daha sübut edir ki, Odlar yurdu Azərbaycan öz tarixi, maddi-mədəniyyət nümunələri və süfrə mədəniyyəti ilə zəngin bir ölkədir.
Məqalələrin tam versiyası ilə http://www.silkway.uz/newsmore/5784, http://uchildiz.uz/%D1%82a%D0%BD%D0%B4%D0%B8%D1%80/, http://www.vatanpress.com/?p=17595, http://www.ahiskapress.com/?p=16452 saytlarında tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB