“Bəstəkarlar İttifaqı” filmi təqdim olundu FOTOLAR

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş "Bəstəkarlar İttifaqı" filminin təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, filmin rejissoru Tahirə Hüseynova, operatoru Adil Abbasov, montaj rejissoru Hüseyn Hüseynov, bəstəkarlar, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq film haqqında məlumat verib. Bildirib ki, gələcəkdə də bu cür layihələr həyata keçiriləcək və filmlər çəkiləcək.

Daha sonra "Bəstəkarlar İttifaqı" filminin rejissoru Tahirə Hüseynova filmin ərsəyə gəlməsində Bəstəkarlar İttifaqına dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, sonda "Bəstəkarlar İttifaqı" filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə