Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on dəfə "Qremmi" mükafatı laureatı Bobby McFerrinin və qrupunun konserti olacaq. SİA-nın verdiyi məlumata görə, konsertin biletləri artıq satışa çıxarılıb və şəhərin kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, musiqiçinin birinci albomu 1982-ci ildə çıxıb. 1984-cü ildə isə heç bir musiqi aləti olmadan yazılan "The Voice" adlı ilk caz albomu işıq üzü görüb. Bobby McFerrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi" mükafatına layiq görülüb "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB