Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında özbək dramaturqu Şərəf Başbəyovun "Dəmir qadın" tamaşasının premyerası olub. SİA-nın verdiyi məlumata görə, ailə-məişət mövzusunda yazılmış səhnə əsərinin quruluşçu-rejissoru əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşada əsas rolları əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Əlibala Əsgərov, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Aynur Əhmədova, Məqsudə Əliyeva və digərləri ifa edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB