Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bədii qiraət müsabiqəsinin yekun final mərhələsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müsabiqədə müasir şair və yazıçıların əsərlərindən nümunələr səsləndirilib.
Qaliblər xalq artisti İlham Əsgərovun rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Noyabrın 21-də start götürən və üç mərhələdən ibarət olan müsabiqəyə 35 nəfər qatılıb və onlardan yalnız 8-i finalda iştirak etmək hüququ qazanıb.
Müsabiqənin keçirilməsində məqsəd gənclərdə söz sənətinə, poeziyaya və bədii qiraətə marağın artırılmasıdır.
Qeyd edək ki, qaliblərə diplom və fəxri fərmanlar 2 Fevral-Gənclər Günündə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB