Ədəbi-musiqili gecə keçirilib

İ.Əbilov adına Mədəniyyət Mərkəzi Səməd Vurğunun ev-muzeyi ilə birgə "Bizdə şeir də var, sənət də vardır Şairə, sənətə hörmət də vardır" adlı ədəbi-musiqili gecə keçirib. SİA-nın verdiyi məlumata görə, musiqili gecə görkəmli xalq şairi, Dövlət mükafatı laureatı Səməd Vurğunun yaradıcılığına həsr olunub. Gecədə ev-muzeyinin elmi işçiləri Əsli Quliyeva, Xanım Şadlinskaya və digər qonaqlar iştirak etdilər.

Qeyd edək ki, ədəbi-musiqili gecədə Mədəniyyət Mərkəzinin "Vurğun" poeziya teatrı və "Şəlalə" xalq çalğı alətləri ansamblının ifasında S.Vurğunun şeirləri və onun sözlərinə bəstələnmiş mahnılar səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə