Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert təqdim edilib. SİA-nın verdiyi məlumata görə, konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) nəzdində fəaliyyət göstərən "Baku Simfonietta" orkestri çıxış edib.
Orkestrin bədii rəhbəri və baş dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.
Konsertdə Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi və Sergey Prokofyevin "Romeo və Cülyetta" baletindən birinci süita səsləndirilib.
Nəzərinizə çatdıraq ki, "Baku Simfonietta" orkestri cari ilin fevral ayında ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə yaradılıb. Əsasını beynəlxalq müsabiqələr laureatları təşkil edən kollektiv, yarandığı qısa müddətə baxmayaraq bir neçə uğurlu konsertlər verib və musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edib.
Qeyd edək ki, orkestrin repertuarında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB