Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Qılman İlkinin 100 illik yubiley mərasimi keçirilib. Yazıçılar Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Yazıçılar Birliyinin sədri Anar Rzayev, AYB sədrinin müavini Nazim İbrahimov, Şair Yusif Həsənbəy, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov açaraq qonaqları salamlayıb. Bildirib ki, Qılman İlkinin yaradıcılığı çox zəngindir və o, Bakı haqqında ensiklopediya hazırlamaq istəyir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında Qılman İlkinlə ilk tanışlığından, yaradıcılığından söz açıb.
Nəzərinizə çatdıraq ki, Qılman İlkin "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri", "Bakı və bakılılar" və s. kitabların müəllifidir. O, həmçinin "Kölgələr sürünür", "Yenilməz batalyon", "General" və bir neçə televiziya filminin ssenari müəllifidir.
Qeyd edək ki, sonda Qılman İlkinin oğlu Ayaz Musayev atasının xatirəsini əziz tutduqlarına, yubileyini keçirtdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB