Rauf Aslanov: "Yaşlı nəsil gənc yazarları yola vermir" AÇIQLAMA

Rauf Aslanov: "Yaşlı nəsil gənc yazarları yola vermir" AÇIQLAMA

"Yaşlı yazıçılarımız gənc yazarların yaxşı yetişməsi üçün çalışır". Bunu SİA-ya açıqlamasında Yazıçılar Birliyinin sədr müşaviri, Mənzil Komitəsinin sədri Rauf Aslanov söyləyib: "Gənc nəslin yetişməsi üçün yaşlı nəsil əlindən gələn hər şeyi edir. Bəzi gənclər hesab edirlər ki, onlar əsas aparıcı qüvvədir. Lakin bunun üçün çalışmağa, zəhmət çəkməyə səy göstərmirlər. Çünki onlar öyrənmək istəmirlər. Düşünürlər ki, hər şeyin yaxşısını onlar bilir. Həmin gənclər bir az məşhurluq qazandıqdan sonra konfliktlər yaratmağa çalışır. Nəticədə deyilir ki, yaşlı nəsil gəncləri yola vermir. Ancaq bu gün diqqət etsək görərik ki, Yazıçılar Birliyinin üzvlərinin əksəriyyəti gənclərdir. Bu da onu göstərir ki, bəzi gəncləri çıxmaqla əksəriyyət düzgün yoldadır".

Bütün xəbərlər Facebook səhifəmizdə