Əbülfəs Qarayev COMCEC-in 30-cu Nazirlər sessiyasında iştirak edir

Əbülfəs Qarayev COMCEC-in 30-cu Nazirlər sessiyasında iştirak edir

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 30-cu Sessiyası öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, Sessiya çərçivəsində yüksək vəzifəli şəxslərin görüşü keçirilib, iclaslar zamanı İslam dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub, COMCEC-in maliyyə dəstəyi ilə Nazirlik tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsinin təqdimatı keçirilmiş, müvafiq sənəd layihələri hazırlanıb.

COMCECƏ-ə üzv olan ölkələrinin nazirlərinin iclası öz işinə başlayıb. Türkiyə Respublikasının dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirlən və 54 üzv ölkədən 350-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edir. Toplantı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə