Rus Dram Teatrı dekabr ayında maraqlı tamaşalar təqdim edəcək

Rus Dram Teatrı dekabr ayında maraqlı tamaşalar təqdim edəcək

S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir. SİA-nın verdiyi məlumata görə, dekabrın 4-də Fyodor Dostoyevskinin "Karamazov qardaşları", 5-də Uilyam Şekspirin "Yay gecəsində yuxu" tamaşaları göstəriləcək.

Semyon Zlotnikovun pyesi əsasında hazırlanmış "Ər arvadını atıb getdi" melodramının premyerası dekabrın 6-da olacaq.

Teatrın kollektivi dekabrın 11-də Elçinin "Cəhənnəm sakinləri", 13-də Andrey İvanovun "Adaxlı çağırmısınız, qızlar?", 14-də İlyas Əfəndiyevin "Büllur sarayda" səhnə əsərlərini nümayiş etdirəcək.

Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında hazırlanmış eyniadlı tamaşa dekabrın 18-də, Mixail Lermontovun "Maskarad" dramı 19-da göstəriləcək.

A.P.Çexov adına Moskva Bədii Teatrı kollektivinin qastrolu çərçivəsində dekabrın 20-də "Evlənmək istəyənlər üçün təlimat" tamaşası təqdim olunacaq.

Rusdilli tamaşaçılar dekabrın 21-də Pedro Kalderon de le Barkanın "Məhəbbətlə zarafat etmirlər" lirik komediyasına baxa bilərlər.

Həmişə olduğu kimi, dekabr ayında da uşaqları yaddan çıxarmayan teatrın kollektivi 6-da Aleksandra Nikuşuna və Nadir Əzimovun "Güləbətin tikən qız və süpürgəçi", 7-də Vladimir Neverovun "Nağılı tap!-2" tamaşalarını nümayiş etdirəcək.

Uşaqlar dekabrın 13-də Valentina Reznikovanın "Durnabalığının buyruğu ilə" tamaşasına baxa bilərlər.

Aleksandr Puşkinin "Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl"ının premyerası dekabrın 14-də olacaq.

Yekaterina Çernyakın "Gözəl Vasilisa"sı ayın 20-də, Valentina Reznikovanın "Maşa və ayı" tamaşası 21-də göstəriləcək.

Qeyd edək ki, teatrın səhnəsində dekabrın 24-dən 2015-ci il yanvarın 5-dək "Yeni il gecəsində sehrbazlıq" nağılı təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə