“I Mövsüm Səyahət Yarmarkası”

Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə Azərbaycanda ilk dəfə "Mövsüm Səyahət Yarmarkası" layihəsi həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutur.

"I Mövsüm Səyahət Yarmarkası"nda 15-20-dən çox turizm obyektlərinin nümayəndələri iştirak edirlər. Hər bir turizm şirkəti qonaqlara öz xidmətləri haqqında ətraflı məlumat verirlər. Yarmarkada müxtəlif müsabiqələr təşkil edilir və iştirakçılara hədiyyələr təqdim olunur.

Qeyd edək ki, "I Mövsüm Səyahət Yarmarkası" bu gün axşam saat 20:00-da davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə