“Müstəqillik yollarında”

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 9 noyabr "Dövlət Bayrağı Günü"nə, 12 noyabr "Konstitusiya Günü"nə və 17 noyabr "Milli Dirçəliş Günü"nə həsr olunmuş "Müstəqillik yollarında" adlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri, Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompüter Kollecinin tələbələri və digər qonaqlar iştirak ediblər.

Tədbir ilk olaraq Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvlərinin ədəbi-bədii kompozisiyası ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə