Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə Azərbaycanda ilk dəfə "Mövsüm Səyahət Yarmarkası" layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birinci "Mövsüm Səyahət Yarmarkası"nda şəhərimizin sakinləri və qonaqlarının, bütün media mənsublarının iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, birinci "Mövsüm Səyahət Yarmarkası" noyabrın 15-də, saat 12:00-dan 20:00-a qədər Park-Bulvar alış-veriş məkanında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB