Bu günün tarixi

Miladi: 05 noyabr 2014

Hicri: 10 Məhərrəm 1436

İlin 309-cu günü

İlin sonuna 56 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:02

Günəş – 07:13

Zöhr – 12:28

Əsr – 15:37

Məğrib – 17:50

İşa – 19:07

1670 — İngiltərə-İspaniya müharibəsi Madrid sazişinin imzalanması ilə başa çatıb.

1912 — Vudro Vilson ABŞ-ın prezidenti seçilib.

1913 — Böyük Britaniya Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan edib.

1920 — İşğaldan sonra Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilib.

1930 — Londonda ilk televiziya reklamı nümayiş etdirilib.

1940 — Franklin Delano Ruzvelt ABŞ-ın prezidenti seçilib.

1948 — Azərbaycanlı şair, qəzəlxan Baba Pünhan anadan olub.

1950 — FM stereo dalğasında ilk yayım həyata keçirilib.

1952 — Azərbaycan Respublikasının Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri Vilayət Quliyev anadan olub.

1952 — Duayt Eyzenhauer ABŞ-ın prezidenti seçilib.

1956 — Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulub.

1964 — SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanıb.

1968 — Riçard Nikson ABŞ-ın prezidenti seçilib.

1970 — Mülki təyyarə "Concorde 001" səs baryerini keçib.

1979 — ABŞ səfirliyinin tutulmasının ertəsi günü İmam Xomeyni ABŞ-ı ən böyük şeytan adlandırıb.

1996 — Bill Klinton ABŞ-ın prezidenti seçilib.

1996 — Rusiya prezidenti Boris Yeltsinin ürəyində koronar şuntlama əməliyyatı aparılıb.

2002 — Azərbaycanlı aktyor Eldəniz Zeynalov vəfat edib.

2005 — Azərbaycanda parlament seçkiləri keçirilib.

2006 — İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılıb.

2007 — Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana edib.

2008 — Barak Obama ABŞ prezidenti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə