“Yaşasın müstəqilliyimiz, ucalsın bayrağımız” adlı konsert keçirilib FOTOLAR

“Yaşasın müstəqilliyimiz, ucalsın bayrağımız” adlı konsert keçirilib FOTOLAR

Heydər Əliyev Sarayında Dövlət Müstəqilliyi və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günləri ilə əlaqədar "Yaşasın müstəqilliyimiz, ucalsın bayrağımız" adlı konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, konsert proqramında, əməkdar artist Eldar Məmmədovun rəhbərliyi ilə, instrumental ansamblın müşayiəti ilə, xalq artistləri Mübariz Tağıyev, Heydər Anatollu, əməkdar artistlər Zöhrə Abdullayeva, Gülyaz Məmmədova, Teyyub Aslanov, tanınmış sənətçilər Rəşad İlyasov, Rüfət Axundov, Samir Piriyev, Əlikram Bayramov, Zabitə Alıyeva, Mirkamil Kamilov, meyxanaçı Ağamirzə və "Rasimlər" folklor qrupu iştirak edib.

Qeyd edək ki, konsertə Qarabağ veteranları və beynəlxalq əlillər cəmiyyətlərindən olan əlillər və onların ailə üzvləri, kimsəsiz, əlil və daun sindromlu uşaqlar dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə