Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ilin 22-26 oktyabr tarixlərində İspaniyanın Qalisiya vilayətinin Santiaqo de Kompostela şəhərində keçiriləcək 20-ci "Womex"- Dünya Musiqi Festivalında təmsil olunacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qeyd edilən tədbir dünya musiqi sənayesinin böyük musiqi ticarət yarmarkasıdır. Burada peşəkar musiqi sənətinin son nailiyyətləri nümayiş olunur.
1994-cü ildən indiyə qədər bu musiqi sərgisində Azərbaycanı Baba Mahmudoğlu, Zabit Namizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov kimi musiqiçilərimiz təmsil edibər.
Bu il keçiriləcək Womex festivalında Azərbaycanın təmsil olunması məqsədilə Azərbaycan guşəsinin yaradılması, milli musiqi alətlərinin sərgilənməsi, müvafiq çap-reklam məhsullarının qonaqlara paylanması və 23 oktyabr tarixində Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulur.
Nəzərinizə çatdıraq ki, tədbirlə bağlı nazirliyin nümayəndə heyəti 20 oktyabrda İspaniyaya ezam edilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ilin 22-26 oktyabr tarixlərində İspaniyanın Qalisiya vilayətinin Santiaqo de Kompostela şəhərində keçiriləcək XX "Womex"-Dünya Musiqi Festivalında Azərbaycan təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB