Vaqif İbrahimoğlunun 65, onun yaratdığı teatrın isə 25 illiyi qeyd olunub
Azərbaycan Dövlət "Yuğ" Teatrında görkəmli rejissor, "Yuğ" Teatrının yaradıcısı Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun 65, onun yaratdığı teatrın isə 25 illiyi qeyd olunub. SIA-nın veverdiyi məlumata görə, tədbirdə
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, "Yuğ" Teatrının direktoru Tərlan Rəsulov, Əməkdar Artist Vidadi Həsənov və digər çıxış edənlər rejissor ilə bağlı xatirələrini bölüşüblər. Teatrın yaranması barədə söhbət açılaraq bildirilib ki, Vaqif İbrahimoğlu "Yuğ" Teatrı ilə Azərbaycan teatrına yeni ab-hava gətirib.
Sonra Vaqif İbrahimoğlunun mətni əsasında hazırlanan "Audensiya" tamaşası nümayiş olunub. Tamaşada teatrın aktyoru, Əməkdar Artisti Fərhad İsrafilov çıxış edib.
Tamaşadan sonra rejissor Babək Şirinsifətin çəkdiyi "Yuğ" filmi təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB