Azərbaycanla Argentina arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin mədəniyyət naziri Teresa Parodi ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə hər iki ölkənin dünya mədəniyyətinə və incəsənətinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
M.Əhmədzadə ölkəmizin zəngin mədəni irsi, mədəniyyət sahəsində dövlət siyasəti, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində görülən işlər barədə danışıb.

Qeyd edək ki, tərəflər Azərbaycan və Argentina arasında mədəniyyət sahəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin, proqramların və tədbirlərin təşkili məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...