Məşhur aktyor "Kurtlar Vadisi Pusu" da FOTO

Hollivudun əfsanəvi aktyorlarından biri Endi Qarsia Türkiyəyə gəlir. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, məşhur aktyor sentyabr ayında yeni bölümləri ilə ekrana gələcək "Kurtlar Vadisi Pusu" da rol alacaq.

Məlumat üçün qeyd edək ki, çəkilişlərin 3-4 gün davam etməsi planlaşdırılır. Cümə axşamı milyonları ekran başına yığan "Kurtlar Vadisi Pusu", sentyabrda "Kanal D" ekranında yenə öz günündə və öz saatında yayımlanacaq.

Qeyd edək ki, Mehmet Çələbinin böyük dəstəyi ilə Endi Qarsia 8 il əvvəl "Kurtlar Vadisi" ndə Şeron Stone ilə birlikdə rol almışdı. Endi Qarsia möhtəşəm performansı ilə Amon xarakterinə təkrar həyat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə