AYB-nə yeni katib təyin olunub

Azərbaycan Yazıçılar Birliyinə yeni katib təyin edilib. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, "Ulduz" jurnalının baş redaktor müavini İlqar Fəhmi AYB-nin katibi təyin edilib.

Nəzərinizə çatdıraq ki, İlqar Fəhmi vəzifəni sentyabrın 1-dən icra etməyə başlayacaq.

Qeyd edək ki, indiyədək AYB-də bu vəzifəni mərhum Arif Əmrahoğlu icra edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə