Qara Qarayevin əsərləri Stokholmda səslənib

Qara Qarayevin əsərləri Stokholmda səslənib

Stokholmdakı məşhur Bervaldhalen konsert salonunda "Mədəni orkestr"in konsertində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səslənib. SİA-nın AzərTac-a istinadən verdiyi məlumta görə, Baltik dənizi Festivalı çərçivəsində təşkil olunmuş konsertə Stokholmda akkreditə edilmiş səfirliklərin nümayəndələri, İsveçin ictimai xadimləri gəliblər.

Qeyd edək ki, Polşada yaradılmış "Mədəni orkestr" Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının iştirakçıları olan ölkələrdən gəlmiş gənc musiqiçilərdən ibarətdir. Stokholma qədər orkestr Qdanskda, Kassildə, Afinada və Edinburqda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə