Nazirlik bir neçə turizm şirkətinə lisenziya verib siyahı

Nazirlik bir neçə turizm şirkətinə lisenziya verib siyahı

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayı ərzində aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir:

1."AL Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Bakı şəhəri, Nərimanov rayonu, Oruc Əliyev küçəsi, ev 9/12, mənzil 153) 10.07.2014-cü il tarixli, qeydiyyat nömrəsi 413, seriya №-si 079745;

2."Smart Holiday" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Bakı şəhəri, Xətai rayonu, Firudin Ramazanov küçəsi, ev 4A) 18.07.2014-cü il tarixli, qeydiyyat nömrəsi 414, seriya №-si 079746;

3."AİS Tourism" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 48, mənzil 10) 22.07.2014-cü il tarixli, qeydiyyat nömrəsi 415, seriya №-si 079748;

4."Meridian Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 100, mənzil 21) 22.07.2014-cü il tarixli, qeydiyyat nömrəsi 416, seriya №-si 079749.

Bütün xəbərlər Facebook səhifəmizdə