Əməkdar incəsənət xadimi, rejissor, "Azərbaycanfilm" kinostudiyasının sabiq direktoru Xamiz Muradov ürək əməliyyatı keçirib. Bu haqda SİA-ya Xamiz Muradovun özü məlumat verib: "Azərbaycan Tibb Universitetinin TədrisTerapevtik Klinikasında ürəyimdən əməliyyat olundum. Artıq dünəndən evdəyəm. İllərdi ki, ürəyimdə kəskin ağrılar vardı. Həkimlər ürəyimin qan dövranı öz funksiyalarını itirirdiyinə görə təcili əməliyyat olunmağımı söylədilər. Şükürlər olsun ki, əməliyyat yaxşı keçdi. İndi özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Xamiz Muradov "Şərikli çörək", "Dünyaya insan gəlir", "Haray" və s. filmlərin rejissoru, "Günaydın, mələyim", "Girov", "Buta" və "Biz qayıdacağıq" filmlərinin baş prodüseridir.

Bütün xəbərlər Facebook səhifəmizdə