Hər il olduğu kimi, 2014-cü ildə də Lənkəran Tarix-diyarşünaslıq muzeyinin bərpaya ehtiyacı olan eksponatları bərpa olunmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinə göndərilib. SİA-nın verdiyi məlumata görə, göndərilən eksponatların bir qismi Mərkəz tərəfindən bərpa olunaraq muzeyə gətirilib.
8 avqust 2014-cü il tarixində bərpa olunmuş 30 adda eksponatın Lənkəran Mərkəzi Kitabxanasında səyyar sərgisi təşkil olunub. Sərgidə muzeyin baş fond mühafizi Xalid Məmmədov bərpa olunmuş eksponatlar haqqında məlumatlar vermiş, onların tarixi haqqında danışıb. Belə sərgilər növbəti aylarda da təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB