Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsinə 2 milyon manat ayırıb

Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsinə 2 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə