Azərbaycanın bir çox bölgələrindən olan qonaqlar, xarici ölkələrdən gəlmiş turistlər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalını izləmək üçün Qəbələyə üz tuturlar. SİA-nın verdiyi məlumata görə, festivalın proqramına uyğun olaraq Yohannesburq Simfonik Orkestrinin daha bir konserti olub.
"Yulian Raxlin və onun dostları" Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə keçirilən konsertdə Yohannesburq Simfonik Orkestri Rusiya və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.
Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya orkestrin müşayiəti ilə Raxmaninovun, Mendelsonun, Mosartın və digər dünya şöhrətli bəstəkarların əsərlərindən parçalar ifa edib.
Öz mükəmməl ifası ilə O.Yablonskaya Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz anlar bəxş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB