Dmitri Dixtar: "Qəbələ kimi ecazkar məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir"

Dmitri Dixtar: "Qəbələ kimi ecazkar məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir"

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı ən yüksək səviyyədə davam edir. Qəbələ kimi ecazkar məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir və uğurla reallaşmaqda olan bu ideyanı alqışlayıram.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Vyana Akademik Orkestrinin solisti Dmitri Dixtar azərtac-a müsahibəsində deyib.

O, diqqətə çatdırıb ki, festivala dünyaca tanınmış musiqiçilərin, o cümlədən orkestrlərin, pianoçuların, skripkaçıların dəvət olunması bir daha bu möhtəşəm incəsənət bayramının dünyada artan nüfuzundan xəbər verir.

Festivalın təşkilatçılığını yüksək qiymətləndirən Dmitri Dixtar bu mötəbər incəsənət bayramının ərsəyə gəlməsində böyük xidmətləri olan Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Musiqiçi daha sonra deyib: "Meşələr, vadilər, dağlar, bir sözlə burada hər addımda gözəllik, ecazkarlıq hökmrandır. Auditoriya isə çox həssasdır. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Konsertdən əvvəl Qəbələnin mənzərəli yerlərini gəzdim. Buranın dağlıq ərazisi bizi daha uğurla çıxış etməyə ruhlandırır. Düşünürəm ki, bu mötəbər incəsənət bayramı barədə hələ çox danışılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə