Şəhidlər Xiyabanında muzey binasının tikintisi davam etdirilir
Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı ərazisində yeni muzey binasının tikintisi davam etdirilir. SİA-nın verdiyi xəbərə görə, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən muzey binasının tikintisinə cari ilin mart ayından başlanılıb. İki mərtəbədən ibarət olan binada daxili suvaq işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda binanın birinci mərtəbəsində yerə daş döşənir, fasad hissə üzlük travertin daşla üzlənir. Ümumi sahəsi 245 kvadratmetr olan muzey binası hazır olduqdan sonra birinci mərtəbədə iş otaqları və mətbəx, ikinci mərtəbədə isə sərgi salonu yerləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB