Dövlət Simfonik orkestri növbəti dəfə konsert verib

Dövlət Simfonik orkestri növbəti dəfə konsert verib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestri açıq səhnədə tamaşaçılara növbəti konsert proqramını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə baş tutan konsertdə orkestrin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib. Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Cəfərova, bir sıra nüfuzlu beynəlxalq müsabiqələr laureatı Murad Abbasov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Gənclər Kamera orkestrinin konsertmeysteri, skripka ifaçısı Ümidə Abbasova çıxış ediblər. Orkestrin müşayiəti ilə musiqiçilər Arif Məlikovun, Musa Mirzəyevin, Arif Mirzəyevin, Leyla Qafarzadənin, Lalə Cəfərovanın əsərlərini ifa edərək gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə