Uşaqlara xoş xəbər

"Eksperiment" Moskva musiqili teatrının kollektivi bu ilin noyabrında paytaxtımıza gələcək. SİA-nın verdiyi xəbərə görə, noyabrın 1-2-də teatrın kollektivi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Alisa möcüzələr ölkəsində" və "Ağbəniz və yeddi cırtdan" uşaq tamaşalarını təqdim edəcək. Luis Kerrolun "Alisa möcüzələr ölkəsində", Qrimm qardaşlarının "Ağbəniz və yeddi cırtdan" nağılları uzun illərdir ki, həm uşaqların, həm də böyüklərin qəlbini fəth etməkdədir. Uşaqları, ağ dovşan arxasınca qaçan Alisanın, eləcə də qısqanc ögey anası tərəfindən meşəyə göndərilən Ağbənizin bir-birindən maraqlı macəraları gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə