Şəkidə şirniyyat festivalı keçiriləcək

Şəkidə şirniyyat festivalı keçiriləcək

İyulun 20-də Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə beynəlxalq milli şirniyyat festivalı keçiriləcəkdir.

SİA Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu günədək Azərbaycanda dörd belə festival təşkil edilib.

Əvvəlki festivallar paytaxt Bakıda baş tutsa da, bu dfə Şəkidə keçirilməsi daha məqsədəuyğun sayılmışdır. Əsas səbəb isə Şəki şirniyyatlarının özünəməxsusluğu ilə seçilməsidir.

Festivalda Şəki kəndlərinin, ətraf 20 rayonun və 15 ölkənin iştirakı nəzərdə tutulmuşdur. Azərbaycanın bölgələri firni, xəşil, şirin plov, südlü sıyıq və s. şirin xörəklərini, paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası kimi unlu qənnadı məmulatlarını, noğul, qoz halvası, səməni halvası və digər milli şəkərli şirniyyatlarını festivalda sərgiləyəcəklər.

Şirniyyat məhsulları əvvəlcədən hazırlanıb gətiriləcək. Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda olacaq, təmsil etdikləri bölgələr aid məişət əşyaları, xalça, həsir və sair nümayiş etdirərək sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə