Bu günün tarixi

Miladi: 03 iyul 2014

Hicri: 5 ramazan 1435

İlin 184-cü günü

İlin sonuna 181 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 04:45

Günəş – 06:15

Zöhr – 13:44

Əsr – 18:28

Məğrib – 21:31

İşa – 23:18

1250 - Fransa kralı IX. Luiz, 7-ci səlib yürüşündə Misirdə Memluk hökümdarı Baybars tərəfından əsir götürülüb.

1423 - Fransa kralı XI. Luiz dünyaya gəlib. (ö. 1483)

1767 - Norveçdə "Adresseavisen" qəzeti nəşr olunmağa başlayıb. Qəzet hazırda da nəşr olunur.

1778 - Prusya Avstriyaya müharibə elan edib.

1839 - Osmanlı padşahı II. Mahmud vəfat edib. (d. 1785)

1890 - Aydaho Amerika Birləşmiş Ştatlarıbnın 43-cü əyaləti oldu.

1905 - Rusiyada hərbçilər tətil edən 6 000-dən çox fəhləni qətlə yetirdi.

1918 - Osmanlı padşahı V. Mehmet vəfat edib. (d. 1844)

1928 - Londonda ilk rəngli televizorun yayımı həyata keçirildi.

1932 - Türkiye ile Fransa arasında Antakyada hərbi müqavilə imzalandı. Bu müqaviləyə görə, Türkiyə qoşunları 5 iyulda Hataya daxil oldu.

1938 – Birləşmiş Krallıqda teplovoz saatda 203 km hərəkət edərək sürətlə rekordu qırıb.

1944 – Sovet qoşunları Minsk şəhərini almanlardan geri alıb.

1962 - Əlcəzair müstəqilliyini elan edib.

1962 – amerikalı aktyor Tom Kruz anadan olub.

1969 – Türkiyədəki Amerika hərbi bazalarının mülkiyyəti Türkiyəyə verilib.

1970 – İngiltərəyə aid sərnişin təyyarəsinin Barselonanın şimalındakı dağlıq ərazidə qəzaya uğraması nəticəsində 113 nəfər ölüb.

1970 – Türkiyəli müğənni Aşkın Nur Yengi anadan olub.

1971 - Wikileaks saytının yaradıcısı Culian Assanc anadan olub.

1988 - İstanbulda Fateh Sultan Mehmet (FSM) körpüsü istifadəyə verilib.

1988 – ABŞ hərbi dəniz donanmasına aid gəmidən açılan atəş nəticəsində İran hava yollarına aid təyyarə vurularaq Bəsrə körfəzinə düşdü. 290 nəfər öldü.

1993 - Milli Məclis Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin genişlənməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, dünya dövlətlərinə ünvanlanan bəyanat qəbul edib. Bəyanatda dünya birliyinə Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün təsirli tədbirlər görmək çağırışı yer alıb.

1994 - Erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Terror aktı Azərbaycan vətəndaşı, Qarabağ müharibəsində əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Azər Aslanov tərəfindən törədilib. O, aksiyanı Ermənistan xüsusi xidmət orqanlarının təlimatı ilə həyata keçirdiyini etiraf edib. Bundan bir qədər öncə (19 mart 1994) Bakı metrosunun "20 Yanvar" stansiyasında baş verən partlayış nəticəsində 14 nəfər həlak olmuşdu.

1994 - Teksasda 1 gündə yol nəqliyyat qəzalarında 46 nəfər öldü.

2000 – Türk aktyor Kemal Sunal (Şaban) vəfat edib. (d. 1944)

2001 – Rusiyanın İrkutsk şəhərində enmək üzrə olan Tupolev TU-154 tipli sərnişin təyyarəsi qəzaya uğradı. Qəzada 145 nəfər öldü.

2006 - 2004 XP14 adlı asteroid, dünyanın 432.308 km yaxınlığından keçdi.

2008 - Bakıda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin görüşündə iki ölkə arasında tərəfdaşlığı möhkəmləndirmək barədə Birgə bəyannamə imzalanıb. Medvedev Rusiya Federasiyasının prezidenti seçildikdən sonra Cənubi Qafqaza ilk səfərini Azərbaycana edib.

Bütün xəbərlər Facebook səhifəmizdə