Bu günün tarixi

Miladi: 28 iyun 2014

Hicri: 30 şaban 1435

İlin 179-cü günü

İlin sonuna 186 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 04:34

Günəş – 06:13

Zöhr – 13:44

Əsr – 18:28

Məğrib – 21:31

İşa – 23:19

1842-ci ildə maarifçi-pedaqoq Həsən Bəy Zərdabi anadan olub.

1914-cü ildə aktrisa Barat Şəkinskaya anadan olub.

1914-cü ildə Qavrilo Prinsip Avstriya taxt tacının varisi Frans Ferdinandı Sarayevoda öldürüb.

1926-cı ildə dövlət xadimi, 1970-1978-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri olmuş Arif Heydərov anadan olub.

1945-ci ildə Türkiyənin tanınmış aktrisası, "Şərqin Elizabet Teyloru" adlandırılan Türkan Şoray dünyaya gəlib.

1967-ci ildə İsrail Şərqi Qüdsü işğal edib.

1996 - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan parlamenti Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün quruma 1992-ci ilin yanvarında müraciət edib.

1997-ci ildə məşhur boksçu Mayk Tayson rinqdə Holifildin qulağını dişləyib.

2000 - AŞPA-nın yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzvlüyü barədə tövsiyə qərarı qəbul edilib. AŞPA Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçi Cak Bomelin (Fransa) hesabatı üzrə keçirilmiş səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər bitərəf olmaqla Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə