Dövlət Uşaq Filarmoniyası orkestrinin Şamaxı şəhərində konserti olub

Dövlət Uşaq Filarmoniyası orkestrinin Şamaxı şəhərində konserti olub

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri bədii rəhbər və baş dirijor xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, proqramda yerli və xarici bəstəkarların əsərləri yer alıb. Konsertdə respublika müsabiqələri laureatları Hafizə Mehdiyeva (qanun), Orxan Zeynalov (tar), Ağaniftulla Məmmədli (vokal), Cabbar Paşazadə (tar), Leyla Bayramzadə (kamança), Cavid İsmayılov (vokal), Abdullayev Mətləb (zurna), Gülarə Ramazanova (kamança), Ülviyyə Həbibova (xanəndə) uğurla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə