Qəbələ rayonunda keçirilən "5-ci Azərbaycan – Rusiya" regionlararası forumu çəçivəsində Qəbələ Mədəniyyət Mərkəzində nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə turizm sənayesinin nümayəndələri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, sözügedən görüşdə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, AzərbaycanTurizm Assosiasiyasının idarə heyətinin müdiri Nahid Bağırov, turizm şirkətləri və mehmanxanalarda daxilolmaqla, turizm sənayesini təmsil edən bir sıra nümayəndələr iştirak edib. Görüşün əsas məqsədi turizm sahəsində kadr hazırlığı, təhsil, xidmət keyfiyyətinin səviyyəsi, getmə və gəlmə turizm və bir sıra digər məsələləri əhatə edən problemlərin və gələcək perspektivlərin müzakirəsi və Nazirliyin bu problemlərin həlli yollarında sənayeyə verə biləcəyi dəstəyin müəyyənləşdirilməsi olub.
Qeyd edək ki, Nazirlik ilə turizm sənayesi arasında bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB