Bu günün tarixi

Miladi: 23 iyun 2014

Hicri: 24 Şəban 1435

İlin 174-cü günü

İlin sonuna 191 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 04:32

Günəş – 06:11

Zöhr – 13:43

Əsr – 18:27

Məğrib – 21:31

İşa – 23:19

79-cu ildə Roma imperatoru Vespasian vəfat edib.

1565-ci ildə Osmanlı dənizçisi Turqut Rəis vəfat edib.

1868-ci ildə amerikalı ixtiraçı Latham C. Şoles yazı maşinkası üçün patent alıb.

1889-cu ildə məşhur rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Axmatova dünyaya gəlib.

1894-cü ildə Parisdə Beynəlxalq Olimpia komitəsi yaradıldı.

1908 - Tehranda əksinqilabi çevriliş olub, Konstitusiya tərəfdarlarına divan tutulub. İranda 1905-ci ilin sonunda monarxiya əleyhinə başlanan Məşrutə (Konstitusiya) inqilabının ilk mərhələsi 1906-cı ildə Müzəfərəddin şahın Konstitusiyanın qüvvəyə minməsini elan etməsi ilə başa çatmışdı. Tehrandakı əskinqilabi çevrilişdən sonra inqilabın ikinci mərhələsi başlandı və fəal proseslər Tehrandan Təbrizə, Cənubi Azərbaycana keçdi. Tezliklə Səttərxanın başçılıq etdiyi fədailər dəstəsi Təbrizi ələ keçirərək onu İran inqilabının mərkəzi elan etdilər.

1918 - Xalq Cümhuriyyətinin Nazirlər Şurası ölkə ərazisində hərbi vəziyyətin elan olunması və bütün qüvvələrin daşnak-bolşevik "Bakı Kommunası" ilə mübarizəyə səfərbər edilməsi barədə qərar qəbul edib.

1920 - Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin aprelində baş verən üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ alıb. Xalq qarşısında çıxış edən Xiyabani Cənubi Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi. Milli Hökumət həmin ilin sentyabrında Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

1972-c ildə Əl-Cəzair əslli fransalı futbolçu Zinəddin Zidan dünyaya gəlib.

1996-cı ildə Yunanıstanın sabiq baş naziri Andreas Papandrey vəfat edib.

2003-cü ildən Azərbaycanda dövlət qulluqçularinin peşə bayramı günüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə