Bakıda Yaponiya filmləri festivalı başlayır

Bakıda Yaponiya filmləri festivalı başlayır

Bakıda Yaponiyanın Azərbaycandakı səfirliyinin və "28 Cinema" kinoteatrının birgə təşkilati dəstəyi və "JTİ" şirkətinin sponsorluğu ilə Yaponiya filmləri festivalı başlayır. SİA-nın məlumatına görə, bu münasibətlə "28 Cinema" kinoteatrında mətbuat konfransı keçirilib.

Konfransda Yaponiyanın Azərbaycandakı səfirliyinin, "28 Cinema" kinoteatrının və "JTİ" şirkətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, iyunun 20-dən 23-dək davam edəcək festival "28 Cinema" kinoteatrında keçiriləcək. Budəfəki festival əvvəlkilərə nisbətən proqramının zənginliyi ilə seçilir.

Yapon dilində nümayiş olunacaq filmlər rus dilində alt yazı ilə təqdim ediləcək. Festivalın davam edəcəyi dörd gün ərzində saat 13:00-da və 19:30-da "Hankyu qatarı", "Xəttat qızlar", "16 yaşlılar üçün Buşido", "Məndən sənə", "Xoşbəxt uçuş" filmləri nümayiş olunacaq. Festival çərçivəsində göstəriləcək filmlərə giriş sərbəstdir.

Mətbuat konfransından sonra festivalın rəsmi açılış mərasimi keçirilib. İştirakçılar yapon mətbəxinin nümunələrindən dadıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə