Mahnı Teatrında 15 iyun - Milli Qurtuluş günü qeyd edilib FOTOLAR

Mahnı Teatrında 15 iyun - Milli Qurtuluş günü qeyd edilib FOTOLAR

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş Şuşa rayon Uşaq İncəsənət və musiqi məktəblərinin, Şuşa musiqi və humanitar kolleclərinin iştirakı ilə konsert proqramı təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, dövlət işçiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, media mənsubları və başqaları iştirak ediblər.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə baş verən özbaşınalıqlara son qoyulduğunu diqqətə çatdırıb: "1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ümummilli Lider Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. Heydər Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Ölkə ziyalılarının 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciəti və Heydər Əliyevin cavabı oktyabrın 24-də məhz "Səs" qəzetində dərc olunub. Vətənin ağır günlərində çox çətiniklə də olsa Heydər Əliyev xalqını tək qoymayaraq Bakıya gəldi. Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə Naxçıvan Ali Məclisinin çıxardığı qərarlar da "Səs" qəzetində dərc olunub. Ulu Öndər 10 il hakimiyyətdə olduğu müddətdə Azərbaycan bütün sahələrdə yüksək uğurlar qazandı. Sevindirici haldır ki, bugün də Prezidentimiz cənab İlham Əliyev də Ümummilli Liderin düzgün siyasətini uğurla davam etdirir".

Qeyd edək ki, sonda Şuşa rayon Uşaq İncəsənət və musiqi məktəblərinin, Şuşa musiqi və humanitar kolleclərinin şagirdlərinin ifasında konsert proqramı nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə