Bəzi mətbuat orqanlarında Nizami Kino Mərkəzində yanğın hadisəsinin baş verməsi barədə xəbərlər yazılıb. Nizami Kino Mərkəzindən SİA-ya verilən məlumata görə, paytaxtın Bəşir Səfəroglu küçəsi 219-da yerləşən "Bakıelektrikşəbəkəyə" aid elektrik qutularının birində nasazlıq yaranıb və bu, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb.
Bu hadisənin Nizami Kino Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Mərkəz həmişə olduğu kimi, normal iş şəraitində fəaliyyətini davam etdirir və yeni filmlər repertuarı ilə tamaşaçıların ixtiyarındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB