Bu günün tarixi

B.e.ə 1184-cü ildə Troya müharibəsi başlayıb.

1509-cu ildə İngiltərə kralı VIII Henri araqonlu Katerina ilə ailə qurub.

1774-cü ildə Əlcəzair yəhudiləri İspaniya ordusunun yürüşündən qaçıb.

1868-ci ildə Osmanlı Kızılay (Qızıl Aypara) cəmiyyəti, beynəlxalq Qızıl Xaç Cəmiyyətləri sayaqında qurulub.

1886-cı ildə Həsən bəy Zərdabinin qızı, maarif xadimi, əməkdar müəllim Qəribsoltan Məlikova anadan olub.

1892-ci ildə Cənubi Azərbaycanda inqlabi hərəkatın görkəmli xadimlərindən biri Seyidcəfər Pişəvəri anadan olub.

1913 - Xalq artisti, bir çox tamaşa və filmlərdə yaddaqalan obrazların yaratmış Hökümə Qurbanova (1913-1987) anadan olub.

1919 – Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Usubbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsi yaradılıb. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində baş qaldıran qiyamlar (Muğan-Lənkəran bölgəsində bolşeviklər tərəfindən təşviq edilən rusların (molokanların) qiyamı, Qarabağ, Naxçıvan və Zəngəzurda ermənilərin Xalq Cümhuriyyəti əleyhinə silahlı çıxışları) hökuməti bu addıma məcbur edib.

1967-ci ildə İsrail və Ərəb gonşuları arasında altı gün muharibə getmişdi və BMT-in vasitəsilə sona çatdırılıb.

1988-ci ildə Nelson Mandela 70-ci ad gününə aid təşkil edilmiş mərasim Uembli stadionunda (London) keçirilib.

1991 - Azərbaycan hökuməti Ermənistandan qovulmuş azərbaycanlı əhalinin bir qisminin Xanlar (Göygöl) rayonunun Çaykənd və Qarabulaq (1991-ci ilədək ermənilər yaşayan ərazilər) kəndlərində yerləşdirilməsi barədə gecikmiş qərar qəbul edib. Ermənistandan deportasiya edilmiş azərbaycanlı əhali hələ 1988-ci ildə Dağlıq Qarabağda və ermənilər yaşayan digər ərazilərdə yerləşmək istəsə də, o vaxtkı respublika rəhbərliyi buna imkan verməyib.

1993-cü ildə Azərbaycan Respublikası Belarus ilə diplomatik əlaqələr qurub.

1994 - Rusiyanın müdafiə naziri Pavel Qraçov Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan cəbhə xətti boyunca rus sülhməramlı qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə etmək üçün Bakıya səfərə gəlib. Azərbaycan rəhbərliyi Rusiya tərəfin bu təklifini rədd edib.

2004-cü ildə Karvan İdman Klubu təsis edilib.

2005-ci ildə G8 Maliyyə nazirləri 18 ölkənin borclarını bağışlanmasında razılaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə