İyunun 10-da Səməd Vurğunun ev-muzeyində şairin adını daşıyan mükafatın təsis olunmasına həsr edilmiş mərasim keçiriləcək. SİA-nın məlumatına görə, mükafatın təsis edilməsinin məqsədi ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasıdır.
Tədbirdə dahi şairin səsli videogörüntüsü və ümummilli lider Heydər Əliyevin Səməd Vurğunun "Azərbaycan" şeirini əzbər söyləməsini əks etdirən kadrlar nümayiş olunacaq.
Qeyd edək ki, mərasimdə ədəbiyyat və mədəniyyət xadimləri, incəsənət ustaları, vurğunsevərlər iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB