Bu gün Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan cizgi filmlərinin nümayişi olub. SİA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyindən göndərilən yeni Azərbaycan cizgi filmlərinin nümayişində Daşkənddəki orta məkəblərin, habelə Türk liseyinin şagirdləri iştirak ediblər.
Tədbir 1 iyun - uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunub. Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Türkiyənin Özbəkistandakı Səfirliyi, habelə Özbəkistanın Respublika Uşaq Kitabxanasının nümayəndələri, Özbəkistanın uşaq yazıçıları iştirak etmişlər. Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan uşaq jurnallarının və kitablarının sərgisi olmuş və uşaqlar Azərbaycan şirniyyatlarına qonaq ediliblər. Tədbiri açıq elan edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov belə filmlərin uşaqların intellektual inkişafı üçün xüsusilə əhəmiyyətli olduğunu bildirib.
Özbəkistandakı Türkiyə Səfirliyinin Mədəniyyət və Təhsil üzrə müşaviri Cihan Varlıq çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirmiş, uşaqların tərbiyələndirilməsinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu qeyd etmiş və cizgi filmlərinin uşaqların özlərini dərk etməsinə, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malik olduğunu bir daha vurğulayıb. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs kollektivinin üzvləri Azərbaycan rəqsləri ifa ediblər.
Qeyd edək ki, daha sonra "Cirtdan", "Tık-tık xanım", "Meşəyə insan gəlir" və s. kimi Azərbaycan cizgi filmləri uşaqlar tərəfindən maraqla qarşılanıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB