Özbəkistanın aparıcı xəbər Agentliyinin saytında (http://sharh.uz/munosabat/item/1375-ozarbayjon-kuni ) 28 may - Respublika gününə həsr olunmuş məqalə çap olunub. SİA-nın məlumatına görə, məqalədə 1918-ci ildə yaradılmış və Şərqdə ilk demokratik Cümhuriyyət olan Azərbaycan Demokratik Cümhuriyyətinin Azərbaycan xalqının dövlətçilik və milli ənənələrinin formalaşmasında mühüm rol oynadığı bildirilir. Milliyətindən, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün insanlara bərabər hüquq verən bu Cümhuriyyət dövründə ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm dəyişikliklərin olduğu qeyd olunur.
Məqalədə 1991-ci ildə müstəqilliyini əldə etmiş suveren Azərbaycanın o dövrdə mövcud olan Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olduğu və bugün Özbəkistanın yaxın müttəfiqi olan Azərbaycanın bütün dünyada nüfuzlu bir dövlət olduğu vurğulanır. Azərbaycan - Özbəkistan münasibətlərinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Özbəkistan prezidenti İslam Kərimov tərəfindən qoyulduğunu və hazırda da bu münasibətlərin uğurla davam etdiyi bildirilir. Məqalə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsinə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB