“Bankir adaxlı” tamaşasının premyerası olub

“Bankir adaxlı” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın "Bankir adaxlı" tamaşasının premyerası keçirilib. SİA-nın məlumatına görə, dörd illik fasilədən sonra tamaşa yenidən bərpa edilib və bu iş xalq artisti Afaq Bəşirqızına həvalə olunub. Tamaşanın ilk premyerası 2000-ci il mayın 12-də rejissor Faiq Zöhrabovun quruluşunda təqdim edilib. Tamaşasının ikinci bərpası həm quruluş, həm yaradıcı heyətin tərkibi, həm də rol bölgüsü ilə fərqlənib.

"Bankir adaxlı" tamaşasının yeni yaradıcı heyətinin tərkibində xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Gültac Əlili, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Möylə Mirzəliyev, Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Türkel Şabanova, Elçin İmanov və Fərid Rzayev iştirak edirlər.

Qeyd edək ki, tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə