Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin məlumatına əsasən Özbəkistanın "sharh.uz" xəbər agentliyinin saytında jurnalist Şöhrət Səttarovun "Xalqın inamını qazanan Öndər" özbək dilində geniş məqaləsi çap olunub. SİA-nın məlumatına görə, məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində müstəsna xidmətləri, Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələri, işğala məruz qalmasına baxmayaraq Azərbaycan xalqının sülhsevərliyi, münaqişənin sülh yolu ilə həllinin üstün tutması işıqlandırılır.
Müəllif məqalədə Azərbaycan-Özbəkistan münasibətlərinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Özbəkistan dövlətinin məhz bu xidmətləri nəzərə alaraq, Heydər Əliyevi Özbəkistan Milli Universitetinin Fəxri doktoru diplomu ilə təltif etdiyini və indi də iki ölkə arasında bu dostluğun uğurla davam etməsini qeyd edir.
Qeyd edək ki, "Sharh.uz" Özbəkistanın aparıcı ictimai - siyasi və nüfuzlu xəbər agentliyidir. Saytda mütəmadi olaraq, Azərbaycan, onun regionları, mədəniyyəti və turizmi, ədəbiyyat xadimləri haqqında materiallar oxumaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB