“Saf rənglər” adlı II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı keçiriləcək
Mayın 23-dən iyunun 5-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində "Saf rənglər" adlı II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival akademiyanın və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə reallaşdırılır.
Beynəlxalqyönümlü olduğundan ölkəmizdə fəaliyyət göstərən 20-dən artıq rəssamlıq studiyaları, incəsənət məktəbləri ilə yanaşı, Fransa, Fələstin, Koreya Respublikası, İordaniya, Belarus, Misir, Mərakeş və bir çox ölkələrdən uşaqların əl işləri də bu möhtəşəm yaradıcılıq festivalında nümayiş olunacaq.
Festival öz iştirakçılarına "Azərbaycan 2015-ci il ilk Avropa Oyunlarının ev sahibidir", "Mənim ölkəmin suveniri" və digər nominasiyalarda müsabiqə təklif edib.
Qeyd edək ki, müsabiqəyə uşaq və yeniyetmələrin təsviri sənətin bütün janrları üzrə yaratdıqları müxtəlif ölçülü əl işləri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB