May ayının 16-dan- 18-dək Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. SİA-nın məlumatına görə, teatr uşaqlar üçün "Dobriy doktor Aybolit", böyüklər üçün "Araş" dramatik fantaziyası təqdim edilir.
Müəllifi Korney Çukovskinin eyniadlı əsəri əsasında hazırlanmış "Dobriy doktor Aybolit" tamaşasının quruluşçu rejissoru Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyev, rəssamı Qelena Bamayevadır. Onu da diqqətinizə çatdıraq ki, sözügedən tamaşa uşaqlar tərəfindən çox bəyənilib.
Qeyd edək ki, "Araş" dramatik fantaziyasının rejissoru Rusiya Federasiyası və Kalmık Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev, bəstəkarı Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyevdir. Tamaşa may ayının 18-i saat 19:00-da nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB